Bakıda hərəkətdə olan avtomobilin təkəri çıxıb - FOTO

25.05.2019 16:37

Bakıda qəza olub.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. "Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olan "Mercedes” markalı avtomobilin arxa sol təkəri gəlib çıxaraq əks istiqamətdə hərəkətdə olan "VAZ-2106” markalı maşına dəyib. "Mercedes” markalı maşın isə yoldan çıxaraq beton səkiyə çırpılıb.

Hadisə nəticəsində yolda bir neçə avtomobil qəza vəziyyətinə düşüb.

Həmçinin qəza nəticəsində prospektdə tıxac yaranıb.

© xezerxeber.az

FOTOQALERIYA






150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR