Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İran bombardman edilərsə... - Ruhanidən ƏZƏLƏ NÜMAYİŞİ

24.05.2019 13:55

İran əgər bombardmana məruz qalarsa, təslim olmayacaq.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ-la yaranmış hərbi gərginlik fonunda İran prezidenti Həsən Ruhani bildirib.

"Bu gün bizə möhkəmlik lazımdır, düşmənlər dərk etməlidir ki, ürəklərimizdə ümidsizliyə yer yoxdur”, - prezidentin rəsmi saytında yerləşdirilən xəbərdə deyilir.

Qeyd edək ki, İran ətrafında vəziyyət Vaşinqtonun Fars körfəzinə hərbi donanma göndərmək barədə qərarından sonra gərginləşib. Vəziyyətin kəskinləşməsi fonunda ABŞ daha əvvəl Fars körfəzinə ən azı yeddi hərbi gəmi və ona yaxın "Patriot” zenit-raket kompleksini çatdırıb.

Ötən gün öz mənbələrinə istinadən "Fox News” telekanalı bildirib ki, Pentaqon Yaxın Şərqə daha minlərlə hərbçinin göndərilməsi ilə bağlı planını Ağ Evə təqdim edəcək. Məlumata görə, söhbət on min hərbi qulluqçunun göndərilməsindən gedir. Telekanalın mənbələri həmçinin qeyd edirlər ki, "Patriot” və hərbi gəmilərdə yerləşdirilən raket-zenit komplekslərinin genişləndirilməsi plana daxildir.

Bildirililir ki, qəti qərar hələ qəbul edilməyib, Ağ Evin planı tamamilə və ya qismən təsdiq edəcəyi məlum deyil.

ABŞ prezidenti Donald Tramp həmçinin söyləyib ki, İranla müharibədən qaçmağa ümid edir. İranın ali lideri Əli Xamenei də İranın ABŞ-la müharibə aparmaq niyyətində olmadığını deyib, ancaq Vaşinqtona müqavimət göstərməyə davam edəcəyini sözlərinə əlavə edib./publika.az

© xezerxeber.az


434 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR