Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

“MyGov” təqdim edildi - İyunun 1-dən istifadəyə veriləcək

24.05.2019 13:54

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının təqdimat mərasimi keçirilib.

Tədbirdə EHİM tərəfindən ərsəyə gətirilən və reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidin əsasını qoyan "myGov” layihəsinin təqdimatı ilə yanaşı, portalın mahiyyəti, üstünlükləri haqqında da ətraflı məlumat verilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının rəhbərləri və informasiya texnologiyaları üzrə məsul şəxsləri, maliyyə institutlarının, həmçinin elektron və rəqəmsal texnologiyalar, innovativ xidmətlər təklif edən özəl sektor və startap nümayəndələri, beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə elektron dövlət quruculuğu sahəsində həyata keçirdiyi institusional islahatlardan, görülən işlərin dövlət-vətəndaş münasibətlərində yaratdığı üstünlüklərdən danışıb. Həmçinin müvafiq fəaliyyətin təmin edilməsində digər dövlət qurumları ilə birgə məqsədyönlü işlərin həyata keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, "myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Vətəndaşlar "myGov” portalında (www.my.gov.az) olan şəxsi kabinetlərində dövlət qurumları tərəfindən verilmiş məlumatlar ilə tanış olacaq, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə biləcək.

Ü.Mehdiyev əlavə edib ki,"myGov” portalının məqsədi reaktiv elektron hökumətdən proaktiv elektron hökumətə keçidi təmin etmək, təqdim edilən elektron xidmətlər vasitəsilə vətəndaşların işlərini asanlaşdırmaq, şəffaflıq və operativliyi təmin etməkdən ibarətdir.

"Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov "myGov” portalının təqdimatını edib, bu istiqamətdə görülən işlər, sistemin imkanları və perspektivdə nəzərdə tutulmuş məsələlərlə bağlı məlumat verib. O bildirib ki, "qabaqlayıcı hökumət” konsepti əsasında hazırlanmış portal şəxsi kabinet əsaslı olacaq və vətəndaşlara proaktiv xidmətlər göstərəcək. Qeyd olunub ki, portal cari ilin 1 iyun tarixindən fəaliyyətə başlayacaq. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR