Gürcüstanın Rustavi şəhərində sakinlər yolu bağlayıb

23.05.2019 11:22

Gürcüstanın Rustavi şəhərində yerli sakinlər yolu bağlayıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər tələbat olmasına baxmayaraq Rustavidən Tbilisiyə ictimai nəqliyyat vasitələrinin az olmasına və yerli şirkətlərdən birinin mikroavtobusların hərəkətinə icazə verməməsinə etiraz ediblər.

Hadisə yerinə polis-patrul xidmətinin əməkdaşları cəlb olunub.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR