"Times": Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər

23.05.2019 09:47

Böyük Britaniyanın baş naziri Tereza Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər.

"Times" qəzetinin verdiyi məlumata görə, T.Meyin istefaya getməsinə səbəb hökumətin onun ölkənin Avropa İttifaqından çıxmasının reallaşdırılması məsələsində tutduğu mövqeyi qəbul etməməyidir.

Qəzetin məlumatına əsasən, Böyük Britaniyanın baş naziri 1922 Komitəsinin rəhbəri Qrem Breydi ilə görüşündən sonra istefası haqqında bəyan edə bilər.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR