Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Türkiyə XİN: ABŞ-da əleyhdarlarımız fəallaşıb

23.05.2019 09:19

ABŞ-dakı Türkiyə əleyhdarlarının son vaxtlar ABŞ Konqresi nəzdindəki fəallıqlarını artırdıqlarını müşahidə edirik. 22 may tarixində ABŞ Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsində qəbul edilən "ABŞ-Türkiyə ittifaqına yönəlmiş narahatlıqların ifadə edilməsi" başlıqlı qərar bunun yeni bir təzahürüdür.

Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat müşaviri Hami Aksoy sözügedən qərar layihəsinə Türkiyə XİN-in münasibəti haqqında suala cavab verərkən bu ifadələri bildirib.

Türkiyə XİN təmsilçisinin sözlərinə görə, Türkiyə və ABŞ ortaq dəyərlərə, qarşılıqlı maraqlara əsaslanan köklü müttəfiqlik əlaqələrinə sahibdir: "Türkiyə ABŞ-la müttəfiq olaraq dünyanın bir çox yerlərində sülhə və təhlükəsizliyə dəstək vermək üçün birgə çalışmaqdadır. Bu həqiqəti və Türkiyənin milli təhlükəsizliyi üçün atılan addımların arxasında dayanan haqlı səbəbləri nəzərə almadan belə qərarın verilməsi müttəfiqlik əlaqələri ilə uyğun gəlmir”.

XİN rəsmisi Türkiyənin ABŞ-la əməkdaşlığına dəyər verdiyini bildirib və Amerika xalqının, eləcə də rəsmi nümayəndələrinin narahatlığına əsas olmadığını qeyd edib:

"Əslində dostluq və ittifaqımızın zərurəti olaraq təklif etdiyimiz işçi qrupuna dəstək vermək biz tərəfdən göstərilən səmimi münasibətin bariz nümunəsidir”.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR