Neftçalada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb

23.05.2019 09:02

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

Hadisə səhər saatlarında magistral yolun 90-cı kilometrliyində - Neftçala rayonu ərazisində qeydə alınıb.

"Ford” markalı mikroavtobus "KaMAZ” markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan Yardımlı sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı yaralanan iki nəfər Cəlilabad rayon xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Baş DYP İdarəsi tərfindən araşdırma aparılır. (ONA)

© xezerxeber.az

FOTOQALERIYA






194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR