Avropa Liqasının final oyunu ilə əlaqədar dəmir yolunun hərəkət cədvəlində dəyişiklik

22.05.2019 20:10

Mayın 29-da Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.

QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, ədbirlər Planına əsasən, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların mayın 29-da final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək "Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və "Koroğlu” dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

Eyni zamanda, həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, mayın 28-də saat 22:35-də Tbilisidən Bakıya və mayın 30-da saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

Qeyd edilən əlavə qatarların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

Bakıdan 29.05.2019-cu il tarixdə, bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.

© xezerxeber.az


367 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR