Binanın divarına vurulan şiferlər təhlükə saçır - VİDEO

20.05.2019 19:52

Bakıdakı bu yaşayış binasının sakinləri güclü külək əsən zaman təhlükə ilə üz-üzə qalır. Səbəb isə yaşayış binasının divarına vurulan şiferlərin hər an uçmaq təhlükəsinin olmasıdır. Əməkdaşlarımız problemi araşdırıb.

Zəif küləyin təsirindən belə hər an uça bilər. Əgər problem vaxtında aradan qaldırılmarsa şiferlər həm sakinlərə,həm də park edilən avtomobillərə zərər verər.

Paytaxtın Nəsimi rayonu 20 yanvar küçəsi 237/241 ünvanında yerləşən bu beş mərtəbəli yaşayış binasının divar hissəsinə vurulan şiferlər sakinlər üçün təhlükə yaradır.Küləyin təssirindən şiferlərin bir hissəsi qoparaq yerə düşsədə,digər hissələr hələ də divarda qalmaqdadır.Güclü külək əsən zaman şiferlər tərpənməyə başlayır ki,bu da hər an onların uçmasına səbəb ola bilər.

Sakinlərin sözlərinə görə,təhlükə səbəbindən uşaqları nə həyətə çıxara bilirlər,nə də özləri həmin ərazidən keçə bilirlər. Çünki, hər an həmin şiferlər uçaraq sakinlərə və park edilən avtomobillərə zərər verə bilər.

Məsələ ilə bağlı Nəsimi rayon 77 saylı Mənzil-Komunal İstismarı Sahəsinə üz tutuduq.Mühəndis Maşallah Camalov bildirdi ki,problem tezliklə aradan qaldırılacaq.

Qeyd edək ki,həmin şiferlər yaşayış binası tikilən zaman yağış və küləkdən divarları qorumaq üçün vurulub.

© xezerxeber.az

FOTOQALERIYA






205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR