İtaliya klubları Çempionlar Liqasının ən güclüsü olub

19.05.2019 14:31

Kişi və qadın voleybolçular arasında Çempionlar Liqasının qalibinin adı müəyyənləşib.

Berlində baş tutan final qarşılaşmalarında İtaliya klubları qitənin ən güclüsü tituluna yiyələniblər.

Kişi voleybolçuların görüşündə "Çivitanova" Rusiya "Zenit"nə qalib gəlib. Onlar kazanlıları 3:1 (16:25, 25:15, 25:12, 25:19) hesabı ilə məğlub ediblər.

Qadın komandaların finalında isə 2 İtaliya klubu - "Novara" və "Konegliano" üz-üzə gəlib. Oyunda birincilər 3:1 (25:18, 25:17, 14:25, 25:22) hesabı ilə qələbə qazanıblar.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR