İranın Əfqanıstandakı yeganə bankının lisenziyası ləğv edilib

19.05.2019 13:37

Əfqanıstan Mərkəzi Bankı ölkə ərazisində fəaliyyət göstərən yeganə İran bankının əməliyyat lisenziyasını ləğv edib. Buna "Arian Bank"ın yerli hökumətin təlimatlarına əməl etməməsi səbəb olub.

TASS xəbər verir ki, bu barədə bazar günü Əfqanıstan Mərkəzi Bankının bəyanatına istinadən "Khaama Press" agentliyi məlumat yayıb.

Bildirilir ki, "Arian Bank"ın lisenziyası geri çağırılır, çünki bu maliyyə müəssisəsi qanunlara riayət etmir və Mərkəzi Bank və Əfqanıstan hökumətinin normativ aktlarını yerinə yetmir".

Məlumata görə, buna başqa bir səbəb isə İran bankının ölkənin iqtisadi inkişafına heç bir töhfə verməməsidir.

"Arian Bank" Əfqanıstanda 2004-cü ildən fəaliyyət göstərib.

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR