Ötən 3 ildə milli ödəniş sisteminin dövriyyəsi 73 faiz artaraq 274 milyard manat olub

16.05.2019 18:11

Son 3 ildə bütün nağdsız ödəniş sistemində artım müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Maliyyə və Texnologiyalar Sammitində "Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol” mövzusunda çıxışında deyib.

"Milli ödəniş sisteminin dövriyyəsi ötən 3 ildə 73 faiz artaraq 274 milyard manat təşkil edib. Kart ödənişləri və nağdsız dövriyyədə də kifayət qədər artım - 154 faiz artım müşahidə olunub”, - deyə K.Qurbanova bildirib.

O qeyd edib ki, hazırda ölkənin milli ödəniş sisteminin infrastrukturunun komponentləri bir-birilə tam inteqrasiya olunmuş formada fəaliyyət göstərir.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR