Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradılıb - FLƏŞMOB - VİDEO

16.05.2019 19:38

Gəncədə gənclərin iştirakı ilə böyük fləşmob təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, 3 min tələbənin qatıldığı aksiyada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin portreti canladırılıb.

Şəhərin baş meydanında təşkil olunan aksiyaya qatılan tələbələr Gəncədəki universitet və kolleclərdən könüllülük prinsipi əsasında seçilib. Aksiya dahi şair İmadəddin Nəsiminin 650 illik yubıleyinə həsr edilib.

Təşkilatçıların sözlərinə görə, növbəti bu cür fləşmobların keçirilməsi üçün ideya və təkliflər üzərində iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR