Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

50 ildir xoşbəxt həyat sürən Ocaqovlar ailəsi - 15 May-Beynəlxalq Ailə Günüdür - VİDEO

15.05.2019 20:23

15 May-Beynəlxalq Ailə Günüdür. Bu gün münasibətilə Azərbaycanda olan çoxsaylı nümunəvi ailələrdən biri haqqında xəbər hazırlamışıq. Bu, İsmayıllıda yaşayan və birgə xoşbəxt həyat sürən Ocaqovlar ailəsidir.

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllının Buynuz kəndində yaşayan Ocaqovlar ailəsi 50 il əvvəl qurulub. Bu ailənin təməlini atan Əliosman Ocaqov və Əsli Ocaqova ilk gündə olduğu kimi bu gün də qarşılıqlı hörmət və sevgi ilə keşməkeşli həyatın problemlərinə birgə sinə gərirlər.

Əliosman Ocaqov deyir ki, ailə sağlam münasibətlər üzərində qurulmalıdır. Əks halda, o ailə uzun müddət davam etməz. Onun fikrincə, ailə dəyərləri nəsildən-nəslə ötürülməli və gənclərə ailənin əhəmiyyəti izah olunmalıdır. Ona görə də Əliosman Ocaqov 50 illik təcrübəsini övladları və nəvələri ilə bölüşür.

Hazırda 80 yaşlı Əliosman və 68 yaşlı Əsli Ocaqovların 11 övladı, 20-dən çox nəvəsi var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


488 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR