Hikmət Hacıyev: Azərbaycan Avropa İttifaqı ilə sazişin qısa müddətdə imzalanması üçün zamanla yarışmır - VİDEO

15.05.2019 20:44

Ermənistanın baş naziri Nikol Paşinyanın Şərq Tərəfdaşlığı sammitindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları onun danışıqlar prosesində iştirakı və davranışı ilə uyğun gəlmir.

Brüssel sammitini Xəzər Televiziyasına şərh edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev belə deyib.

Xezerxeber.az-ın məlumatına görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün 10 illiyinə həsr olunmuş tədbirdə verilən işçi şam yeməyində Prezident İlham Əliyev çıxışı zamanı əməkdaşlığın genişlənməsinə Dağlıq Qarabağ münaqişəsinin başlıca meneə olduğunu demişdi.

Tədbirdən sonra Ermənistanın baş naziri isə yenə ənənəvi ampulasında qalaraq münaqişənin həllinin yubanmasına əsas səbəbin separatçı rejimin danışıqlara tərəf kimi qoşulmaması olduğunu bildirmişdi.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu açıqlamanın Paşinyanın davranışları ilə uyğunlaşmadığını deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının mövqeyi birmənalı və aydındır. Ona görə də Xarici İşlər nazirlərinin toplantısından sonra Azərbaycanın yekun bəyanata veto qoymasının fərqli istiqamətlərə yozulması əsassızdır.

Hikmət Hacıyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı məsələsinə də toxunub. Bildirib ki, bu əlaqələr bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan prinsiplər çərçivəsində qurulur.

Azərbaycanın Şərq Tərəfdaşlığında xüsusi sazişin bağlanılması istəyinin əsasında da məhz milli maraqların daha yaxşı qorunması durur. Çünki hər bir tərəfdaş dövlətin öz xüsusiyyətləri var.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə sazişin qısa müddətdə imzalanması üçün zamanla yarışmır. Əsas bu sazişdə milli maraqların qorunmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






297 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR