Poqba "Real"a "pul oxudu"

15.05.2019 14:42

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın "Real"a keçidi baş tutmaya bilər.

"Marka” xəbər verir ki, səbəb ulduz futbolçunun tələb etdiyi maaşdı.

Belə ki, 26 yaşlı orta sahə oyunçusu yeni keçəcəyi komandada illik 13 milyon funt-sterlinq məvacib almaq istəyir. Madridlilər isə PSJ-nin 2 hücumçusundan birini - Kilian Mbappe və ya Neymarı transfer etməyi və yüksək maaş verməyi planlaşdırır.

Poqba ilə klub ortaq məxrəcə gələ bilsə, "Real" onu 150 milyon avroya transfer edəcək.

Fanat.Az

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR