Nazirlik "Azəriqaz"ı məhkəməyə verib

26.04.2019 10:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planaalma Ekspedisiyasının "Azəriqaz" İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxılıb.

ONA-nın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb ərizənin məhkəməyə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilə deyil, poçt vasitəsilə göndərilməsidir.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş 10-1.3-cü maddəyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, məhkəmə sənədlərinin məhkəməyə çatdırılması "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

© xezerxeber.az


333 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR