Salyanda mikroavtobusla "Mercedes" toqquşub, xəsarət alanlar var

26.04.2019 09:53

Salyanda "QAZel" markalı mikroavtobusla "Mercedes" markalı minik maşını toqquşub.

Hadisə rayonun Noxudlu kəndinin ərazisində baş verib.

Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan beşi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dördünə isə ilkin yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR