Özbəkistan və Çin ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmağı nəzərdən keçirir

26.04.2019 09:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çin Xalq Respublikasında keçirilən 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident Şavkat Mirziyoyevlə görüşüb.

Görüşdə ticarət-iqtisadi, energetika, nəqliyyat-kommunikasiya, sənaye, maliyyə, kənd təsərrüfatı, beynəlxalq avtomobil və dəmir yolu xətlərinin çəkilişi, elm, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Mərkəzi Asiya regionunda o cümlədən Əfqanıstanda sülhün və sabitliyin qorunması, Özbəkistanda Çin Mədəniyyət Mərkəzinin yaradılması məsələləri müzakirə olunub.

Görüşdə qeyd edilib ki, ötən ilin ölkələr arasında ticarət dövriyyəsi 6,4 milyard dollar olub. Yaxın illərdə bu rəqəmin 10 milyard dollara çatdırılması imkanları nəzərdən keçirilib. Bildirilib ki, Çinin Özbəkistana qoyduğu sərmayə və ayırdığı kredit xətti 8 milyard dollardan artıq olub.

Şavkat Mirziyoyev Si Cinpini Özbəkistana səfərə dəvət edib.

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR