Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI - VİDEO

20.04.2019 20:16

İsmayıllıda son günlər müşahidə olunan yağış ötən gecədən yerini qara verib. Bəzi ərazilərdə qarın qalınlığı 5-10 santimetr olub. Aprelin sonlarına yaxın qarın yağması rayon sakinlərini də təəccübləndirib.

Mütəxəssislər bildirirlər ki, hazırda ağacların çiçəkləmə dövrüdür. Ona görə də, bu vaxt qarın yağması meyvəçiliyə mənfi təsir edə bilər.

Lerikə də güclü qar yağıb. Rayon mərkəzində qarın qalınlığı 2-3 santimetr olsa da, dağlıq yaşayış məntəqələrində 15-20 santimetrə çatıb. Rayonun ucqar Orand kəndində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Çiçəkləyən meyvə ağaclarını don vurub, təsərrüfatlara ziyan dəyib.

Ötən axşamdan başlayaraq şimal-qərb bölgəsində də temperatur 5-7 dərəcə aşağı düşüb. Şəkiyə yağan yağış gecə saatlarından qarla əvəzlənib. Havanın temperaturu bəzi yerlərdə "0" dərəcə olub.

Qarlı hava Oğuzdan da yan keçməyib. Yollarda nəqliyyatın hərəkətində problem yaranmasa da, meyvə təsərrüfatlarına ziyan dəyib.

Qarşıdakı günlərdə də bölgədə yağıntılı hava şəraitinin davam edəcəyi bildirilir.

Qubaya yağan qar isə rayona gələn turistlərin marağına səbəb olub. Onlar qarda şəkil çəkdirərək bu anı əbədiləşdirməyə çalışıblar. Rayonun dağ kəndlərinə gedən yollarda problem yaranmayıb.

© xezerxeber.az

FOTOQALERIYA






984 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR