Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Aktrisanın əri yanan kilsəsinin bərpası üçün 100 milyon ayırdı

16.04.2019 11:17

Aktrisa Salma Hayekin milyarder həyat yoldaşı dünən bir neçə dəqiqənin içində yanıb kül olan Paris Notr-Dam kilsəsinin yenidən qurulmasına 100 milyon avro ayırıb.

Fransız iş adamı Fransua-Anri Pino bu açıqlamanı dünən Parisin mərkəzindəki 850 yaşlı tarixi abidənin yanmasından sonra elan edib.

Qeyd edək ki, 2009-cu ildə meksikalı aktrisa Salma Hayek ilə evlənən Pino "Gucci” və "Yves Saint Laurent” kimi markalara sahib olan "Kering” şirkətinin baş icraçı direktorudur.

Məlumat üçün bildirək ki, Fransa prezidenti Emmanuel Makron bildirib ki, kilsəni bərpa etmək üçün dünyanın ən böyük istedadlarını köməyə çağıracaq./publika.az

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR