Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Lukaşenko Belarus atletlərindən azı 43 medal gözləyir

15.04.2019 16:46

İyun ayında Minskdə keçiriləcək İkinci Avropa Oyunlarında Belarus yığması azı 43 medal qazanmalıdır.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu fikri bazar ertəsi Belarus Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında söyləyib.

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilmiş Birinci Avropa Oyunlarında belaruslu idmançılar 43 medal, o cümlədən 10 qızıl, 11 gümüş və 22 bürünc medal qazanıblar. Qeyri-rəsmi komanda hesabında Belarus yığması yeddinci yeri tutub.

A.Lukaşenko deyib: "Biz hansı idmanı nəticəsi göstərməyə çalışırıq. Oyunlarda medallar barədə planlar səslənməyib, lakin bizim qarşımızda konkret vəzifə var: bu nəticə Bakıdakından aşağı olmamalıdır”. Prezident əlavə edib ki, Belarus idmançıları öz evlərində, öz arenalarında, doğma tamaşaçıların qarşısında yarışacaqlar, buna görə də belaruislu atletləri bu oyunlarda pis çıxış etməyə haqqı yoxdur.

"İstərdim ki, bu tələb idmançılara və məşqçilərə çatdırılsın. Siz onları mübarizəyə ruhlandırın, qələbəyə istiqamətləndirin”, - deyən Lukaşenko qeyd edib ki, belaruslular dünya idman arenasında yüksək nəticələr göstərməyə qabildirlər. Bu yaxınlarda ağır atletika üzrə Avropa çempionatı bunu sübut etdi. Lakin eyni zamanda biatlonçuların, futbolçuların və xokkeyçilərin uğursuz çıxışlarını da xatırladan Lukaşenko qeyd edib ki, medallar təkcə idman nəticəsi deyil, həm də Vətənin şərəfi və şöhrətidir. Prezident deyib: "Bu, döyüşdür, istəsəniz lap müharibədir, amma ölüm-dirim savaşı deyil. Bu, hər bir dövlətin xalqına ruh yüksəkliyi gətirən ideologiyadır”.

Lukaşenko qeyd edib ki, bu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək İkinci Avropa oyunları müstəqil Belarusun tarixində çox mühüm ictimai-siyasi tədbirdir. Prezident deyib: "Bu günlər ərzində biz dünya birliyinin diqqət mərkəzində olacağıq. Vəzifəmiz təkcə oyunları ən yüksək səviyyədə keçirtməklə bitmir. Biz növbəti dəfə göstərməyik ki, bizim diyarda insanın həyatı və öz imkanlarını reallaşdırması üçün rahat və təhlükəsiz şərait yaradılıb, bu isə az əhəmiyyət kəsb etmir”.

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR