Ziya Bünyadov prospektində qəza - ölən var

15.04.2019 16:25

Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 13-də saat 6 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakini Fazil Vəliyev idarə etdiyi "Hyundai” markalı avtomobili yol ayırıcısına vurub. Sürücü hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


88 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR