Bu ərazidə iki gün işıq olmayacaq

15.04.2019 16:11

Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq” ASC-dən xezerxeber.az-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

© xezerxeber.az


816 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR