Bakıda 39 azyaşlını cinayətə cəlb edən şəxs həbs edilib

15.04.2019 15:43

Bakıda mağazalardan oğurluq etməkdə təqsirləndirilən Şahmurad Xudaverdiyev həbs olunub.

Ş. Xudaverdiyev oğurluq əməlini yetkinlik yaşına çatmayan azyaşlıların vasitəsilə törədib. Barəsində həbs-qətimkan tədbiri seçilən Ş. Xudaverdiyevə Cinayət Məcəlləsinin 170.1-ci (on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ş. Xudaverdiyevin cinayət işi araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.
İş üzrə 39 nəfər azyaşlı zərərçəkmiş şəxs qismində tanınıb. (ONA)

© xezerxeber.az


166 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR