Q7 "Beşiktaş"dan gedir

15.04.2019 15:46

Türkiyənin "Beşiktaş” klubunun üzvü Rikardo Quareşma "Porto” ilə razılığa gəlib.

Müalicə üçün ölkəsinə gedən portuqaliyalı ulduz transfer xəbərini klub rəhbərliyinə göndərib.

Beləliklə 35 yaşlı futbolçu yeni mövsümdən "Beşiktaş”da çıxış etməyəcək. "Fanatik” isə Q7-nin keçmiş komandasında 1 mövsüm oynadıqdan sonra aktiv futbolla vidalaşacağını yazıb.

Qeyd edək ki, "Sporting”, ”Barselona”, "İnter” və "Çelsi” kimi böyük klublarda oynayan Q7 kariyerası boyunca ən çox "Beşiktaş”ın formasını geyinib. Quareşma bu komanda ilə 221 oyunda meydanda olub, 36 qol vurub, 71 qolun ötürməsini verib. "Porto” ilə 216 oyun keçirən ulduz futbolçu 49 qol vurub, 56 qolun ötürməsini edib.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR