“Yuventus”un müdafiəçisi karyerasını başa vurur

15.04.2019 15:20

İtaliyanın "Yuventus” futbol klubunun müdafiəçisi Andrea Bardzali karyerasını başa vuracağını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bu barədə İtaliya mətbuatına verdiyi açıqlamada deyib. Müdafiəçi cari mövsümün sonunda futbolçu karyerasını bitirəcəyini bildirib.

Qeyd edək ki, karyerası ərzində "Askoli”, "Volfsburq”, "Kievo” və "Palermo” kimi klublarda forma geyinən italiyalı müdafiəçi 2011-ci ildən "Yuventus”un heyətində çıxış edir.

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR