Ancelina Coli və Bred Pitt boşandı - FOTO

15.04.2019 14:26

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pitt rəsmən boşanıblar.

Rəsmi sənədləri əldə edən "The Blast”portalı bu barədə məlumat yayıb.

Məhkəmə aktyorların irəli sürdükləri"subay”lıq statusunu 12 aprel tarixindən bərpa edib. Qərara əsasən, cütlük rəsmən boşansalar da, onlar razılıq əsasında uşaqlara himayədarlıq edə bilərlər və əmlaklarını birlikdə bölə bilərlər. Bu prosess hələ bir neçə ay sürəcək.

A.Coli və B.Pitt aralarında yaşanan gərginliyə görərazılaşmadan əvvəl boşanma prosesini sona çatdırmaq qərarına gəliblər.

Qeyd edək ki, onlar 2005-ci ildə "Mister və Missis Smit” filminin çəkilişində tanış olublar. Tezliklə ulduzların Şaylo adında qız övladları, 2008-ci ildə isə əkizləri dünyaya gəlib.

Onlar 2014-cü ilin avqust ayında Fransanın Miraval qəsrində evləniblər. Cütlükayrı-ayrı vaxtlarda daha üç uşağı övladlığa götürüblər.

2016-ci ilin sentyabr ayında cütlük ayrılmaq üçün məhkəməyə müraciət edib. A.Colinin bu addımı atmasının başlıca səbəbiB.Pittin uşaqları düzgün tərbiyə etməməsindən irəli gəlib. Aktrisa uşaqlarınatək himayədarlıq etmək istəyib.

oxu.az

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR