Ot maşını belə təhlükə yaradır - VİDEO

26.03.2019 19:20

Ot bağlaması ilə yüklü olan avtomobil rayonun girişindəki arkadan keçməkdə çətinlik çəkib.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər Xaçmazda çəkilib. Kadrlardan aydın olur ki, avtomobilə həddindən artıq ot bağlaması yüklənib.

Kadrları çəkən sürücü iddia edir ki, ot bağlaması ilə dolu olan yük avtomobili paytaxt istiqamətində hərəkət edib.

Görüntünü izləyən yol hərəkəti üzrə eksert Ərşad Hüseynov deyir ki, yük avtomobilinin sürücüsü yükdaşıma qaydasını kobud şəkildə pozub.

Ekspert bildirib ki, yükdaşıma qaydalarının pozulmasına görə cərimə məbləği İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 40 manat nəzərdə tutulub. Amma burda bəzi istisinalar da var.

Onu da qeyd edək ki, belə mənzərə adətən yay mövsümündə ot sahədən biçildikdən sonra bağlanıb satışa aparılarkən yaranır. Bunu da fermerlər bir dəfə xərc çəkib aparmaq üçün edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






588 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR