Özbəkistan Tacikistandan keçməklə Çinə avtonəqliyyat tranzitinə başlayır

26.03.2019 10:30

Özbəkistan hökuməti Tacikistan ərazisindən keçməklə Çinə avtonəqliyyat marşrutlarını işə salmaq fikrindədir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Artıq Özbəkistanın nəqliyyat sektorunun tranzit potensialının yüksəldilməsi haqqında tədbirlər planı da təsdiq edilib. Layihə çərçivəsində Özbəkistan-Tacikistan-Çin marşrutu üzrə pilot avtoyürü də təşkil olunacaq və bu marşrutda yük daşımalarının tranzit potensialının imkanları öyrəniləcək.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR