Bakıda yanğının söndürülməsinə helikopter cəlb edilib - VİDEO

26.03.2019 09:50

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

****

09:06

Bakının Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci mikrorayon bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən dönərxana köşkündə hazırda yanğın davam edir. Dönərxananın yerləşdiyi ərazisıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır.




© xezerxeber.az

FOTOQALERIYA






977 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR