NATO-nun baş katibi Gürcüstana səfər edib

24.03.2019 19:59

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana gedib.

"Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında Y.Stoltenberqi Gürcüstanın xarici işlər naziri David Zalkaliani qarşılayıb.

Baş katib sabah Gürcüstanın baş naziri Mamuka Baxtadze, prezident Salome Zurabişvili və parlament sədri İrakli Kobaxidze ilə görüş keçirəcək.

Y.Stoltenberq Gürcüstana səfəri çərçivəsində NATO - Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR