Təbii, yoxsa süni materialdan hazırlanan yorğan-döşək? - VİDEO

24.03.2019 20:57

Son dövrlər yorğan-döşək hazırlamaq üçün təbii qoyun yununa tələbatın yenidən artdığı hiss olunur. Təxminən 5-6 il əvvələ qədər sentifon yorğan-döşək dəb idisə, artıq onlara tələbat getdikçə azalır. İndi alıcılar deyəsən yenidən köhnə dəbə geri qayıdib, təbii yuna üstünlük verirlər. Bəs yun bazarında vəziyyət necədir?

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakinləri sentifon adlandırılan süni material əvəzinə təbii yundan sırınan yorğan-döşəyə üstünlük verməyin əhəmiyyətini vurğulayırlar. Elə 28 ildir yun satışı ilə məşğul olan Güldəstə Hüseynova da son zamanlar belə düşünən insanların sayının artdığını deyir.

O, Bakıda çoxlarının yun yumaq və təmizləmək üçün şəraiti olmadığından daha çox təmiz didilmiş yuna üstünlük verdiklərini bildirir. Onun sözlərinə görə, tam təmizlənməmiş yun sonradan iy verir.

O ki qaldı yunun keyfiyyət fərqinə və qiymətinə, bu, yumuşaqlığı və codluğundan asılı olaraq 5-8 manat arasında dəyişir.

Yun təbii material olduğu üçün ondan hazırlanan yorğan-döşəyin sağlamlıq baxımından daha faydalı olduğunu deyən mütəxəssislər də mümkün qədər süni materiallardan uzaq durmağı tövsiyə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






339 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR