Bura sanki dayanacaq yox, sözün əsl mənasında daşınmaz əmlak bazarını xatırladır - VİDEO

21.03.2019 19:34

Avtobus dayanacaqları sözün əsl mənasında elan lövhəsinə çevirilib. Kim əlinə nə keçdi yapışdırır dayanacağa. Bu isə natəmiz bir görüntü yaratmaqla yanaşı, şəhərin ümumi görünüşünə də təsir edir. Bəs qanunvericilikdə bununla bağlı hansı tələblər var? Bunu edənlər cərimələnə bilərlərmi?

Topaq, ev satışı və kirayəsi

Usta xidməti və ayıq sürücü vakansiyası... Avtobus dayanacaqlarında bu və buna bənzər elanlardan sözün əsl mənasında yer qalmayıb.

Avtobus dayanacağı yox sanki, reklam lövhəsidir. A4 kağızında yapışdırılan reklamlarda masaj xidməti, ayıq sürücü torpaq satışı və bir sıra bu kimi xidmətlər göstərilir.

Şəhərin ümumi mənzərəsini korlayan bu görüntünü əksər dayanacaqlarda görmək mümkündür.

Hüquqşunaslar bildirirlər ki, həmin reklamları dayanacaqlara yapışdıran şəxslər qanunvericiliyin tələblərini pozurlar. Bu məsələ Nazirlər Kabinetinin ''reklam lövhələrinin yerləşdirilməsi'' qaydaları ilə tənzimlənir. Bu qaydaları pozan şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi dayanacaqlara qanunsuz reklam yapışdıranların qarşısını almaq üçün tədbirlər görəcək. Bununla bağlı yeni layihənin hazırlanması planlaşdırılır.

© xezerxeber.az

FOTOQALERIYA






214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR