Sürücülərin NƏZƏRİNƏ - Uzun yola çıxmadan öncə nələri etmək lazımdır? - VİDEO

20.03.2019 19:42

Bir neçə günlük bayram tətilini fürsət bilənlər bölgələrə, xüsusilə dağlıq rayonlara üz tuturlar. İstirahətə öz şəxsi avtomobili ilə gedənlər avtomobillərin sazlığına mütləq fikir verməlidir. Havaların qeyri-sabit keçməsi məsələni daha da aktuallaşdırır.

Bayram günlərində istirahət etmək üçün bölgələrə öz şəxsi avtomobilləri ilə üz tutanlara mütəxəssislərin tövsiyələri var. Havaların yağmurlu keçməsi avtomobillərin sazlığını diqqətdə saxlamağı aktuallaşdırır.

Usta Sahil Ağabəyli bildirir ki, uzaq məsafələrə gedərkən ilk növbədə avtomobillərin təkərlərinin keyfiyyətli olmasına fikir vermək lazımdır. Havaların istiləşəcəyi düşüncəsi ilə qış təkərlərini yay təkərləri ilə əvəz etmək məsləhət görülmür.

Sahil Ağabəyli deyir ki, səfər zamanı donmaya qarşı mayenin olub-olmamasını yoxlamaq lazımdır.

Bundan əlavə şüşəsilənlərin sazlığı yoxlandıqdan sonra səfərə çıxmaq məsləhətdir. Əks halda yağmurlu havada qəza riski yarana bilər.

Deyilənlərə əməl etmək lazımdır ki, problemlər yaşanmasın.

© xezerxeber.az


300 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR