Yəhudilərin pul problemi var?! - Putin hər kəsi güldürdü

20.03.2019 11:06

Krımın Rusiyaya birləşdirilməsinin 5-ci ildönümü münasibətilə Kreml rəhbəri Vladimir Putin Krıma səfər edib.

Dövlət başçısı Simferopolda Krımın Baş ravvini Benyamin Volf və digər ictimai-siyasi şəxslərlə görüş keçirib. Görüşdə maraqlı dialoq yaşanıb.

Söhbət zamanı Volf maddi problemlər səbəbindən Krımda sinaqoq inşasının gecikdiyini, ancaq il sonuna qədər tamamlanacağını Putinə bildirib.

Putin də ravvinin bu sözlərinə zarafatyana şəkildə "Yəhudilərin maddi problemləri varmış. Yalnız Krımda belə bir şey baş verə bilərdi”, - deyə cavab verib və zaldakıların gülüşünə səbəb olub.

Ardınca isə Volfa ibranicə təşəkkür edib./axar.az

© xezerxeber.az


261 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR