Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Koreya yarımadasında raket həyəcanı: Rusiya sistemi...

20.03.2019 11:01

Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında fəaliyyət göstərən hərbi bazada yerləşən raket sistemindən naməlum istiqamətə atəş açılıb.

Təmirdə olan "Cheolmae-2” adlı qurudan havaya təyinatlı raketin yanlışlıqla göndərildiyi açıqlanıb.

Xoşbəxtlikdən, raketin uçduğu istiqamətdə kimsə olmayıb. Buna görə də heç kim xəsarət almayıb.

"Cheolmae-2” 15 km hündürlükdəki hədəfləri nişan ala bilir. Cənubi Koreya bu sistemlə Rusiya texnologiyasının təməli üzərində üçqatlı, müstəqil hava və raket müdafiə sistemi istehsal etməyə çalışır.

Raket, eyni zamanda, yanlışlıqla göndərilərkən belə özünü məhv edə bilmək qabiliyyətinə malikdir./publika.az

© xezerxeber.az


259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR