Nazarbayevin istefasından sonra ölkədə ajiotaj - İlk rəsmi açıqlama

20.03.2019 10:40

Nursultan Nazarbayevin prezident postundan istefa xəbərindən sonra Qazaxıstan əhalisi kütləvi şəkildə xarici valyuta almağa başlayıb.

Nəticədə ölkədə dollar qıtlığı başlayıb.

Ajiotaj Astana şəhərinin valyuta dəyişmə məntəqələrində dolların tamamilə tükənməsinə səbəb olub.

Bundan başqa, dolların kursunun yüksəldiyi də bildirilir. 378,5 təngəyə satılan 1 dollar 285 təngəyə təklif edilib.

Qazaxıstan Milli Bankının rəsmisi Aleksandr Terentyev açıqlama verməli olub. O, bəyan edib ki, ölkədə maliyyə sabitliyi hökm sürür, ajiotaja və milli valyutanın kursundan narahatlığa əsas yoxdur./teleqraf.com

© xezerxeber.az


78 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR