Sabahdan BAYRAM TƏTİLİ başlayır - VİDEO

19.03.2019 19:49

Sabahdan 7 günlük Novruz tətili başlayır. Adətən tətil günlərini daha da yaddaqalan etmək üçün vətəndaşlar müxtəlif ölkələrə və yaxud bölgələrə səfər edirlər. Amma bu il tendensiya bir qədər fərqlidir. Bayramı öz evində qeyd etmək istəyənlərin sayı daha çoxdur.

Bayram gəldi, qeyri-iş günləri başladı.

Novruzun milli bayram olmasını nəzərə alaraq vətəndaşların əksəriyyəti bayramı evdə, ailələri ilə keçirəcəklərini deyirlər.

Turizm eksperti Ramin Zamanov da deyir ki, əvvəlki illərə nisbətən insanların bayram tətilində xaricə üz tutmalarında azalma müşahidə olunur. İnsanlar daha çox Novruzu ölkə daxilində qeyd etməyə üstünlük verirlər.

Turizm eksperti deyir ki, Novruz bayramında xaric səfər edənlərə də rast gəlinir. Ekspert onu da qeyd etdi ki, hazirda bayramla bağlı bölgələrdəki otelərdə yerlərin təxminən 80-90 faizi dolub.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR