Əbülfəz Qarayev "Xəzər Xəbər"ə açıqladı - Tarixi şəxsiyyətlərin heykəllərinin qoyulması üçün iş gedir - VİDEO

14.03.2019 19:49

Mədəniyyət xadimlərinin prezident İlham Əliyevlə görüşü zamanı Zeynalabdin Tağıyev və digər tarixi şəxsiyyətlərin heykəlinin ucaldılması ilə bağlı qaldırılan məsələ üzərində ciddi iş gedir. Mədəniyyət naziri Əbülfəz Qarayev"Xəzər” televiziyasına müsahibəsində belə deyib. Nazirbildirib ki, bununla bağlıən uyğun məkanın seçilməsi vəabidələrin məzmun və forması ilə bağlı təkliflər gözdən keçirilir.

Hacı Zeynalabdin Tağıyev, Cəlil Məmmədquluzadə və digər şəxsiyyətlərin heykəllərinin qoyulması üçün Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birgə işləyir. Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, əsas məqsəd bu şəxsiyyətlərin adının layiqincə əbədiləşdirilməsidir. Bunun üçünməsələyə kompleks yanaşmaq lazımdır.

Mədəniyyət naziri bildirib ki, seçilən yer, qoyulacaq abidənin məzmunu həmin şəxsiyyətin fəaliyyətini müəyyən mənada əks etdirməlidir. Bununla bağlı ictimaiyyətin də fikrinəzərə alınmalıdır.

Əbülfəz Qarayev bildirib ki məsələ yüksək səviyyədə nəzarətddədir. Bununla bağlı müəyyən qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR