Müsəlmanlar üçün “ölüm düşərgələri”: bir milyon insan...- İLK AÇIQLAMA

14.03.2019 17:42

Çində "yenidən təhsil mərkəzləri”, "vətənpərvərlik tərbiyəsi düşərgələri”, "ölüm düşərgələri” kimi adlarla adlandırılan və Sintszyan-Uyğur Muxtar Rayonunda müsəlmanların olduğu düşərgələr bağlana bilər.

"South China Morning Post” nəşrinin yazdığına görə, bu haqda regionun başçısı Şoxrat Zakir bildirib.

"Düşərgələrin, həmçinin onlardakı insanların sayı tədricən azalacaq. Əgər cəmiyyətə belə təlim mərkəzləri daha lazım olmayacaqsa, onlar tədricən yox olacaqlar”, - o deyib.

Qəzet qeyd edir ki, beləliklə, Zakir Çində müsəlmanlar üçün düşərgənin müvəqqəti ölçü olduğunu açıq bildirən hakimiyyətin birinci nümayəndəsi olub. O məhbusların dəqiq sayını açıqlamayıb, ancaq qeyd edib ki, onlar milyondan azdır.

Çin hakimiyyəti uzun müddətdir ki, düşərgələrdə müsəlmanların məcburi saxlanılmasını inkar edirdi. Düşərgələrin mövcudluğu Çində ilk dəfə 2018-ci ilin oktyabrında rəsmi etiraf edilib. Parlamentin rəsmi sənədlərindən birində xatırlanırdı ki, düşərgələrdə hüququ dərs keçirlər, ideoloji tərbiyəylə məşğul olurlar, həmçinin Çin dövlət dilini öyrənməyə kömək edirlər.

Aylarla təzyiqlərdən sonra rəsmi Pekin sənədlərdə "professional hazırlıq mərkəzləri” adlandırılan bu düşərgələri rəsmiləşdirib. Onların ekstremizmə qarşı mübarizə aparmaq üçün yaradıldığı deyilir.

Bu düşərgələrdə əksəriyyət uyğurlar və digər müsəlman azlıqlardan ibarətdir. Burada qazaxlar və qırğızlar da var./publika.az

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

24.03.2019 09:56

Bakıda maşın yanıb

ÇOX OXUNANLAR