Metronun qarşısında ağır qəza - Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu

14.03.2019 16:41

Bakıda ağır yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, Binəqədi rayonu Cavadxan küçəsində - metronun "Nəsimi” stansiyasının yaxınlığında "Mercedes” markalı minik avtomobili taksi kimi fəaliyyət göstərən digər maşın toqquşub.

Nəticədə "Mercedes”in 33 yaşlı sürücüsü, onun 27 yaşlı həyat yoldaşı və 2 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR