Dövlət Gömrük Komitəsində Azərbaycandan çıxarılan nəqliyyat vasitələrinin 2 il müddətində geri qaytarılmaması ilə bağlı avtomobilin dəyərinin 50-100%-i qədər tətbiq edilən cərimənin ləğv olunması müzakirə edilir.
XəzərXəbər xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.
"Bu qaydanın İnzibati Xətalar Məcəlləsində ləğvi ilə bağlı DGK tərəfindən hökumətə müraciət olunub. İl ərzində bu məsələnin həllini tapması gözlənilir. Yeni qaydada nəqliyyat vasitələrinin müddətsiz olaraq ölkədən çıxması nəzərdə tutulub”, - M.Vahabov bildirib.