Böyrək çatışmazlığı cavanlaşır - VİDEO

19.02.2019 20:43

Xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, transplantoloq Nuru Bayramov deyib.

Transplantoloqun sözlərinə görə, orqana ehtiyacı olan xəstələrin sayı çoxdur. Həmçinin bu xəstəliyin yaşı da əvvəlki illərlə müqayisədə cavanlaşıb.

Böyrəklə bərabər öndə gedən digər transplantasiya orqanları qaraciyər, sümük iliyi, gözün buynuz qişası və ürəkdir.

Nuru Bayramov bildirib ki, qaraciyər xəstəliklərinin bu qədər çoxalmasının bir sıra səbəbləri var.

Bu əməliyyatların həyata keçirilməsində ən böyük problem orqan qıtlığıdır. Hazırda əməliyyatların icrası üçün lazım olan orqan donorlardan alınır.

Belə əməliyyatların içərisində ən bahalısı qaraciyər transplantasiyası, ən ucuz isə gözün buynuz qişasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






315 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR