Saatlı, Salyan və Şirvanda oğurluq olub - saxlanılanlar var - VİDEO

19.02.2019 19:41

Saatlıda fermerdən mal-qara oğurlayan şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də rayon polis şöbəsinə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxlər müəyyən edilib.

Saxlanılan şəxslər dindirilmə zamanı törətdikləri oğurluq əməlini etiraf ediblər.

Oğurlanan mal-qara sahibinə təhvil verilib.

Salyanda da kürəkən qayınatasına məxsus mal-qaranı oğurlayıb. Hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib. Kənd sakini Gülağa Salmanov ona məxsus 1 baş cins inək və onun 5 aylıq balasının oğurlanması barədə polisə müraciət edib.

Şübhəli şəxs qismində Salyanın Arbatan kənd sakini Rabil Rəhimov, Lerik rayonunun Züvüç kənd sakinləri - Müşfiq və Xoşbəxt Quliyev qardaşları saxlanılıb. Rabil Rəhimov zərərçəkmişin kürəkəni olub.

Şirvanda isə oyun zalından oğurluq olub. Müraciət əsasında polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Coşqun İsmayılov saxlanılıb. Dindirilmə zamanı o, bu əməli tanışı Ülvi Fərziyev ilə törətdiyini etiraf edib. Onun digər oğurluq əməlləri də üzə çıxıb.

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






473 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR