Mobil telefon, komputer, giriş qapısı və bank kartları - Həyatımız şifrələrlə dolub-daşır - VİDEO

17.02.2019 19:31

Həyatımız şifrələrlə dolub-daşır. Əvvəllər 1-2 yerdə şifrədən istifadəedilirdisə indi bu say 5-6 -nı keçib. Bəziləri yaddaşına güvənir, bəziləri isə şifrələri unutmamaq üçün kağıza yazaraq üzərində gəzdirir. Ekspertlər hər yerdə eyni şifrədən istifadə etməyin təhlükəli olduğunu bildirir.

Mobil telefon, komputer, giriş qapısı və bank kartları. Həyatımızın bir çox sahəsi şifrələrlə dolub daşır.

Texnologiyanın inkişaf etməsi demək olar ki, hər kəsin həyətinə şifrələri daxil elədi..Əvvəllər 1-2 yerdə şifərələrdən istifadəedilirdisə indi bu say 5-6 -nı keçib.Bir çox insan indi həyatlarını şifrəsiztəsəvvür edə bilmir.

Apardığımız sorğu zamanı məlum oldu ki,insanlar gündəlik olaraq 5-6 fərqli şifrədən istifadə edir. Bəziləri yaddaşına güvənir, bəziləri isə şifrələri unutmamaq üçün kağıza yazaraq üzərində gəzdirir.

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Rövşən Əkbərov deyir ki,bir şifrənin bütün istifadə etdiyi sosial şəbəkəyə və yaxdud da mobil telefona qoyulması doğru deyil.

Ekspert şifrə qoyarkən təhlükəsizlik baxımından mütləq qaydada böyük, kiçk həriflərdən və müxtəlif rəqəmlərdən istifadə etməyi məsləhət görür.

© xezerxeber.az

FOTOQALERIYA






155 dəfə oxunub

XƏBƏRLƏR

24.03.2019 09:56

Bakıda maşın yanıb

ÇOX OXUNANLAR