Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Nigeriyada silahlı hücum: 60-dan çox dinc sakin həlak olub

16.02.2019 10:32

Nigeriyanın Kaduna əyalətində prezident seçkiləri öncəsi təşkil olunan silahlı hücumlar nəticəsində 66 nəfər həlak olub.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Əyalət Mətbuat Katibi Samuel Aruvan jurnalistlərə verdiyi açıqlamada silahlı hücumu edənlərin kimliyinin hələ məlum olmadığını deyib.

Faktla bağlı cinayət işi açıldığını söyləyən S.Aruvan, xalqı təmkinli davranmağa çağırıb.

Qeyd edək ki, Nigeriyada sabah keçiriləcək seçkidə Bütün Qabaqcıllar Konqresinin sədri Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasının sədri Abubakar ən güclü namizədlər hesab edilir.

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR