Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

12.02.2019 20:38

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

XəzərXəbər xəbər verir ki, dövlət başçısı İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbərin onu son dərəcə kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR