AZƏRBAYCANDA GÖRÜNMƏMİŞ HADİSƏ - 49 min dolları sahibinə qaytardılar - VİDEO

12.02.2019 20:09

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib.

Bir evdən pul və qızıl zinət əşyaları oğurlayan şəxs daha sonra peşman olub götürdüyü pulu geri qaytardı. Maraqlı hadisə Balakəndə baş verib.

Rayonun Qullar kənd sakini Sabir Telliyev rayon polis şöbəsinə müraciət edərək yanvarın 25-də evindən 49 min dollar və qızıl zinət əşyalarının oğurlandığını bildirib. Ancaq 13 gun sonra maraqlı bir hadisə yaşanıb. Fevralın 7-də axşam saatlarında Sabir Telliyevin evinin pəncərəsindən içəri torba atılıb.

Evə atılan torbanın içərisində oğurlanan pullar və bir məktub olub. Məktubda yazılanlar isə eşidənləri heyrətləndirir. Belə ki, məktubda oğru öz əməlindən peşman olduğunu çox səmimi şəkildə etiraf edib.

Oğrunun peşman olub pulları geri qaytarması hadisəni eşidənlərin böyük marağına səbəb olub. Balakən rayon polis şöbəsində isə pulları oğurlayan şəxs və ya şəxslərin müəyyən olunması üçün əməliyyat-axtarışlarını davam etdirir.


© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR