Sinem Kobal Iğdırda uşaqları ziyarət etdi

11.02.2019 17:58

Mənim üçün çox dəyərli və unudulmaz xatirələrlə dolu keçən bir gün oldu.

Türkiyəli aktrisa və model Sinem Kobal siması olduğu marka ilə birlikdə Iğdırda uşaqları ziyarət edib.

Iğdırın Babacan kəndində ibtidai siniflərini ziyarət edən Sinem Kobal və firma nümayəndələri şagirdlərlə bir araya gəlib.

Uşaqlarla birlikdə əyləncəli bir gün keçirən Sinem Kobal belə deyib:

"İşimin ən sevdiyim tərəflərindən biri başqa həyatlara toxuna bilməkdir. Mənim üçün çox dəyərli və unudulmaz xatirələrlə dolu keçən bir gün oldu. Uşaqlar hər şeyin ən gözəlinə layiqdirlər. Gözlərindəki o sevgi və xoşbəxtliyi gördüyüm, onlar üçün bir şeylər edə bildiyim üşün çox xoşbəxtəm’’-deyib.

Uşaqlar Sinem Kobal ilə bol-bol xatirə şəkilləri çəkdiriblər.

AzNews.az

© xezerxeber.az


394 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR